"Milli Gimnastika Arenası çox xoşuma gəldi".
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bədii gimnastika üzrə "GymBala" beynəlxalq turnirində 2008-ci il təvəllüdlü gimnastlar arasında sərbəst yarışlarda ikinci yeri, halqa və çoxnövçülükdə üçüncü yeri tutan ukraynalı gimnast Anastasiya Korotnanskaya deyib.
"Milli Gimnastika Arenasının böyük zalı və hündür tavanları var. Bakıya ilk səfərimdir, bir az gəzmişəm şəhəri. Bakı çox gözəldir", Korotnanskaya əlavə edib.
Ukraynalı gimnast bədii gimnastika üzrə "GymBala" beynəlxalq turnirində mükafat qazansa da, öz çıxışın elə də razı qalmayıb.
"Öz çıxışımdan elə də razı deyiləm, səhvlər var idi. Məşqçi daha yaxşı işləməli olduğumu bildirdi", - ukraynalı gimnast deyib.
Milli.Az