"Çelsi"nin baş məşqçisi Mauritsio Sarri Eden Hazardla bağlı qərarını verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, italyan mütəxəssis belçikalı ulduzun komandada qalacağını açıqlayıb. Sarri İngiltərə mətbuatına açıqlamasında bunları deyib:

"Hazard hazırda Avropanın ən yaxşı futbolçularındandı. O, daha da yaxşı ola bilər. Hər şey onun özündən asılıdı. Onunla tez-tez danışıram. Komandada qalacağından əminəm.

"Çelsi" Avropanın ən güclü klublarındandı. Belə klublar oyunçu satarkən, mütləq eyni səviyyədə futbolçu alar. Ala bilməzsə, futbolçusunu satmaz".

Milli.Az