İtaliyanın "Kalyari" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Milli.Az komanda.az-a istinadən xəbər verir ki, A Seriyası təmsilçisi İngiltərənin "Liverpul" klubunun estoniyalı müdafiəçisi Raqnar Klavanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bu transfer İtaliya klubuna 2 milyon avroya başa gəlib. Estoniya yığmasının 32 yaşlı üzvü yeni klubu ilə 2 illik müqavilə imzalayıb.
Klavan 2016-cı ildən "Liverpul"da çıxış edirdi. O, bu komandanın heyətində 39 oyuna çıxıb, 1 qola imza atıb.
Milli.Az