"Arsenal"ın sabiq futbolçusu İtaliya klubunda

İtaliyanın "Parma" klubu son olaraq Çinin "Hebei Chine Fortune" komandasının formasını geyinən Jervinyonu heyətinə qatıb. 

Milli.Az goal.az-a stinadən xəbər verir ki, İtaliya klubu 31 yaşlı kot-divuarlı futbolçu ilə 3 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, Jervinyo Fransanın "Lille", İngiltərənin "Arsenal" və İtaliyanın "Roma" klublarında çıxış edib. O, 2015-ci ildə Kot-Divuar millisi ilə Afrika Millətlər Kubokunun qalibi olub.

Milli.Az