Avqustun 17-də futbol üzrə İspaniya La Liqasında birinci tura start verilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, turun ilk matçı "Jirona" və "Valyadolid" komandaları arasında baş tutub. Görüşdə qolsuz heç-heçə ilə başa çatıb.
Növbəti qarşılaşmada "Betis" "Levante"ni qəbul edib. Matç qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb - 0:3. "Levante"nin heyətində Marti (38) və Morales (54, 90+5) fərqləniblər.
Avqustun 18-də keçiriləcək oyunlarda "Selta" "Espanyol"u, "Vilyarreal" isə "Real Sosyedad"ı qəbul edəcək.
Milli.Az