ABŞ-da cari ildə planlaşdırılan hərbi paradın 2019-cu ilə təxirə salınması haqqında qərar qəbul edilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu haqda ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndəsi Robert Menninq məlumat verib.

O jurnalistlərə bildirib ki, Pentaqon və Ağ Ev hərbi paradın 2019-cu ilə keçirilməsi barədə razılaşıb.

Qeyd edək ki, parad 2018-ci il noyabrın 10-da Birinci Dünya müharibəsinin başa çatmasının 100-cü ildönümü münasibətilə keçirilməli idi.

Yeri gəlmişkən, bəzi məlumatlara görə, parad Vaşinqtona 92 milyon dollara başa gələ bilər.

Milli.Az