İtaliya A Seriyasında 2018-2019 mövsümünün ilk turunun 2 oyunu təxirə salınıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, avqustun 14-də Genuya şəhərindəki Morandi körpüsünün çökməsi nəticəsində baş vermiş faciəyə görə avqustun 19-a təyin olunan "Milan" - "Cenoa" və "Sampdoriya" - "Fiorentina" matçları keçirilməyəcək.

Rəhbərlik hazırda digər oyunların da başqa vaxta keçirilməsini müzakirə edir.

Qeyd edək ki, məlum faciə nəticəsində 38 nəfər dünyasını dəyişib.

Milli.Az