Fransanın PSJ klubu Almaniya "Şalke"sinin futbolçusu Tilo Kereri transfer edib.
Milli.Az Report-a istinadən bildirir ki, 21 yaşlı müdafiəçi ilə 2023-cü ilədək müqavilə bağlanılıb. Burundi əsilli almaniyalı oyunçunun keçidindən ötrü 37 milyon avro ödənilib.
Qeyd edək ki, Tilo Kerer ötən mövsüm Almaniya Bundesliqasında 28 oyuna 3 qol vurub.
Milli.Az