"Liverpul" rəhbərliyi Mario Balotellinin çıxışından narazıdı.
İtaliyalı futbolçunun mövsümün sonunda komandanı tərk edəcəyi gözlənilir. Metbuat.az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, "qırmızılar" Balonun boşluğunu "Borussiya"nın forvardı Çiro İmmobile ilə doldurmaq niyyətindədi. Yazılanlara inansaq, "Liverpul" rəsmiləri artıq Dortmund klubunun idman direktoru Mixael Çorkla danışıqlara da başlayıblar.
Cari mövsümdə Bundesliqada 19 matçda meydana çıxan İmmobilenin aktivində 3 qol var.