"Mahir Şükürovla Eddi İsrafilov yığmanın Norveçlə oyun üçün açıqlanacaq heyətinə daxil edilməyəcək". Fanat.az xəbər verir ki, bu sözləri azerisport.az-a millimizin baş məşqçisi Robert Prosineçki deyib.
"Karşıyaka"da çıxış edən Mahir Şükürov müqaviləsinə xitam verərək Bakıya qayıdıb və mövsümün sonunadək oynamayacaq. "Qranada"nın yarımmüdafiəçisi Eddi İsrafilov da ciddi zədə alıb və uzun müddət oynamayacaq. Xorvat mütəxəssis bu səbəbdən onları milliyə dəvət etməyəcək: "Eddi zədəli olduğuna görə fiziki cəhətdən tam hazır olmayacaq. Mahir isə klubsuzdu. Mən klubu olmayan futbolçunu yığmaya dəvət edə bilmərəm. Alternativləri axtarmalı olacağıq".
Fanat.az