Belçikanın “Premiere” radiostansiyası Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanmasını şərh edib.
Publika.az xəbər verir ki, radiostansiya sənədin imzalanmasını “tarixi qərar” adlandırıb.
“20 illik danışıqdan sonra tarixi qərar verildi”, - “Premiere”nin şərhində deyilir.
Qeyd edək ki, Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistan prezidentləri bu gün Qazaxıstanın Aktau şəhərində Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyaya imza atıblar. V Xəzər sammitinin yekununda İlham Əliyev, Vladimir Putin, Nursultan Nazarbayev, Həsən Ruhani və Qurbanqulı Berdıməhəmmədov öz imzaları ilə Xəzər dənizinin hüquqi statusunu müəyyən edən sənədi təsdiq ediblər.
Sənəd üzərində iş 1996-cı ildən aparılıb, Konvensiya layihəsi isə yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev sənədi Xəzər dənizinin “Konstitusiyası” adlandırıb. Onun sözlərinə görə, Konvensiya regionda təhlükəsizliyin zamini olmalıdır.