"Armavir" cəzaçəkmə müəssisəsində həbsdə olan Moldova vətəndaşı həbsxana kamerasında intihar edib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

42 yaşlı moldovalı məhbusun özünü barmaqlıqdan asması barədə məlumat avqustun 11-də səhər saat 04:40-da daxil olub.

Hadisə yerinə operativ-istintaq qrupu gəlib. Məhkəmə-tibbi ekspertizası təyin olunub.

Məhbusun ölümü faktı üzrə "ölüm həddinə çatdırma" maddəsi üzrə cinayət işi başlanıb. Hadisənin təfərrüatları araşdırılır.

Milli.Az