İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Pol Poqba "Beşiktaş"ın futbolçusu Rayan Babelin rekordunu yeniləyib.
Milli.Az Report-a istinadən xəbər verir ki, Mançester təmsilçisi 25 yaşlı yarımmüdafiəçinin oynadığı son 11 oyunda meydanı qələbə ilə tərk edib. Bu nəticə daha əvvəl 2007-2011-ci illər aralığında "Liverpul"un formasını geyinən Rayan Babelə məxsus idi.
Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasında 2018-2019 mövsümünün açılış oyununda doğma meydanda "Lester Siti"ni 2:1 hesabı ilə məğlub edib. Komandanın heyətində ilk qolu Fransa yığmasının da şərəfini qoruyan Pol Poqba vurub.
Milli.Az