ABŞ prezidenti Donald Tramp xəzinə və maliyyə naziri
Berat Albayrakın “Yeni iqtisadi plan”ı təqdim etdiyi vaxt atdığı
tvitlə Türkiyə birjasını alt-üst etdi.
Publika.az xəbər verir ki, Tramp Türkiyədən idxal edilən
alüminium və poladın gömrük rüsumunu artırdığını Tvitterdən
bildirdi.
Bu tvitdən sonra Türkiyə lirəsi dollar qarşısında sürətlə dəyər
itirməyə başladı. Bundan sonra Vaşinqton və Ankara arasında
gərginlik pik həddinə çatdı.
Lakin Trampın qərarına təkcə türklər deyil, amerikalılar da sərt
reaksiya verdilər.
“The Washington Post” qəzetinin yazarı, beynəlxalq siyasət üzrə
mütəxəssis Brian Klaas Trampa Türkiyədəki İncirlik bazasındakı nüvə
başlıqlarını xatırladıb.
“Ərdoğanın heyranı deyiləm, lakin bu, lazımsız çıxışdır (Trampın
atdığı addım). Türkiyə NATO üzvüdür və Türkiyədəki ABŞ hərbi hava
bazasında (İncirlik) 50 nüvə bombası var. Trampın tvitləri ciddi
milli və beynəlxalq təhlükəsizlik riskləri yaratmağa davam edir”, -
deyə Klaas Tvitter hesabında yazıb.
Asif