Bu gün saat 12 radələrində Bərdədə taksi sürücüsü ürəyindən bıçaqlanaraq qətlə yetirilib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bazar adlanan ərazidə qeydə alınıb.

Həmin ərazidə taksi xidməti göstərən 1980-cı il təvəllüdlü Ceyhun İbrahimov avtomobilində qətlə yetirilib. Onu 1980-cı il təvəllüdlü Elsevər Cəfərov ürəyindən bıçaqlayıb.

Hadisəni törədən Elsevər Cəfərov yaxalanıb. Onun da həmin ərazidə maşınla taksi xidməti göstərdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə
ANS PRESS: Ramil İbrahimov