İngiltərə millisinin və "Tottenhem"in futbolçusu Harri Keyn ikinci dəfə ata olub.
Milli.Az xəbər verir ki, 25 yaşlı hücumçunun qızı dünyaya gəlib. Keyn öz "instagram səhifəsində bu barədə paylaşım edib . O, "Bizim gözəl ailəmizdə artım oldu! Vivyen Ceyn Keyn. Keyt, səninlə qürur duyuram" yazaraq sevincini bölüşüb.
Qeyd edək ki, Harri Keyn 2016-ci ildə Keti Godland ilə nişanlanıb. Onların 2017-cı ildə Ayvi Ceyn adlı qızları dünyaya gəlib.
Milli.Az