Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti görüşləri bu gün keçiriləcək.
Metbuat.az-ın xəbərinə görə, günün mərkəzi matçı "Real" və "Atletiko" arasında oynanılacaq. Tərəflər arasındakı ilk görüşdə hesab açılmamışdı. "Monako" isə "Yuventus"u qəbul edəcək. Knyazlıq klubu yarımfinala vəsiqə qazanmaq üçün 2 top fərqi ilə qələbə qazanmalıdı. 1:0 hesabı qeydə alınacağı təqdirdə isə əlavə vaxta ehtiyac duyulacaq. Digər nəticələr "Qoca Sinyora"nı qane edir.
23:45. "Real" - "Atletiko"
23:45. "Monako" - "Yuventus"