İsrail qoşunları Qəzza sektorundan raket atəşinə cavab olaraq Fələstin döyüşçülərinin obyektlərinə zərbələr endirib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda İsrail ordusunun mətbuat xidməti bildirib.
Daha əvvəl verilən xəbərə görə, Fələstin döyüşçüləri İsrailin cənubuna 8 raket atıblar. Onlardan ikisi İsrail ordusu tərəfindən zərərsizləşdirilib, ən azı dördü isə sərhəddə yerləşən Sderot şəhərində partlayıb və iki nəfərin yaralanmasına səbəb olub.