Sabah Abşeron yarımadasında yağış yağacağı gözənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə havanın çiskinli olacağı, gecəyə doğru yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 5-8˚, gündüz 11-15˚ isti olacaq.

Aprelin 23-də Azərbaycanın bölgələrində də bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu aran rayonlarında gecə 5-10˚, gündüz 14-19˚, dağlarda gecə 0-5˚, gündüz 6-11˚ isti olacaq.
Mənbə
ANS PRESS