“Bakı-2015”: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası yaradılıb
Bakı, 22 aprel, Səxavət Quliyev, AZƏRTAC
Aprelin 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Birinci Avropa Oyunlarına Dəstək: Vətəndaş cəmiyyətinin hədəfləri və missiyamız” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə iyunun 12-dən 28-dək ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının əhəmiyyətindən danışılıb.
Vətəndaş cəmiyyətinin “Bakı-2015”in təbliğində və təşviqində yaxından iştirak etməsinin vacibliyinin vurğulandığı tədbirdə ilk Avropa Oyunlarının Azərbaycanın, eləcə də Avropanın idman tarixində əlamətdar hadisəyə çevriləcəyi diqqətə çatdırılıb. Bildirilib ki, ölkəmizdə idmanın inkişafına dövlət səviyyəsində diqqət və qayğı göstərilir. İdmançılarımızın beynəlxalq arenalarda Azərbaycanı layiqincə təmsil etmələri bunun bariz nümunəsidir.
QHT təmsilçiləri və media nümayəndələri arasında aparılan müzakirələrdən sonra “Bakı-2015”: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası yaradılıb və bəyanat qəbul olunub.
Bəyanatda deyilir ki, koalisiyanın əsas məqsədi birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə və keçirilməsinə ictimai dəstəyin təmin edilməsindən ibarətdir. Bu məqsədlə tarixdə ilk dəfə keçiriləcək belə bir idman tədbirinin miqyası, əhəmiyyəti və perspektivləri barədə ölkə daxilində obyektiv məlumatlandırma işlərinin aparılması nəzərdə tutulub. Koalisiya konfranslar, simpoziumlar, sərgilər, yarışlardan əvvəl yerli və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə forumlar təşkil edəcək, mediada və sosial şəbəkələrdə müvafiq təbliğat işi aparacaq.
Koalisiya öz fəaliyyətini dövlət qurumları, eləcə də Avropa Oyunlarının Təşkilat Komitəsi, ictimaiyyətin nümayəndələri, media, gənclər və digər sosial institutlarla əlaqəli şəkildə həyata keçirəcək, qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlmək üçün bütün imkanlarını səfərbər edəcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Azərbaycanda nə qədər ev ipotekadadır?
Bu gün
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Bu gün
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Bu gün
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Bu gün
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Bu gün
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35