"Qəbələ"nin sabiq çalışdırıcısı Roman Qriqorçuk Qazaxıstanda iyul ayının ən yaxşı məşqçisi seçilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, hazırda "Astana"ya başçılıq edən ukraynalı mütəxəssis Peşəkar Futbol Liqasının Premyer Liqa klublarının baş məşqçiləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, bütün həmkarlarını qabaqlayıb. 12 məşqçidən cəmi 3-ü Qriqorçuka səs verməyib ki, onlardan da biri özü olub.

Qeyd edək ki, Qriqorçuk ötən mövsümün sonunda "Qəbələ"dən ayrılıb.

Milli.Az