Qeyd edək ki, ali təhsil müəssisələrinə I, II, III və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər üçün ərizələrin qəbulu davam edir. Proses internetlə elektron formada aparılır və aprelin 30-dək davam edəcək. Qəbul imtahanları əvvəlki illərin məzunları üçün may ayında, cari ilin məzunları üçün isə iyul ayında keçiriləcək. Müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin ixtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra bir yerdə aparılacaq.