ABŞ-ın Alyaska ştatında təyyarə qəzası baş verib.
Publika.az xəbər verir ki, bu haqda ABŞ Milli Parklar Xidmətinə istinadən “Anchorage Daily News” qəzeti bildirib.
Hadisə Denali dağından cənubi-qərbdə baş verib. Dəqiqləşdirilmiş məlumatlara görə, həlak olan sərnişinlər Polşa vətəndaşı idilər.
Milli Parklar Xidmətinin nümayəndəsinin sözlərinə görə, əlverişsiz hava şərtləri beşinci sərnişinin axtarışını çətinləşdirir.
Qəzanın səbəbləri araşdırılır.