Məşhur cütlüyün ayrılıq dedi-qoduları həqiqət çıxıb.

ANS PRESS-in məlumatına görə, 22 yaşlı amerikalı ifaçı Mayli Sayrus və 21 yaşlı model sevgilisi Patrik Şvartsnegerin 5 aylıq böyük eşqi sona çatıb. Onlar sonuncu dəfə martın sonunda Los-Ancelesdə restoranda birlikdə görünüblər. "People" jurnalı cütülüyün yola getmədiyini və bu səbəbdən dostcasına ayrıldığını yazıb.

Cütlüyə yaxın olan qaynaqlardan bildirilib ki, Mayli Sayrus bir müddətdir ki, yeni albomu ilə məşğuldur. Şvartsneger isə "Coachella" festivalında dostları ilə birlikdə vaxt keçirir. Universitet tələbəsi olan model Meksikada semestr tətilində olarkən başqa bir qızla səmimi şəkilləri yayılmışdı. Bununla belə cütlüyün ayrılıq səbəbi kimi hər ikisinin karyerası ilə daha ciddi məşğul olmaq istəmələri göstərilib.

Patrikin atası tanınmış aktyor Arnold Şvartsnegerin bu münasibətlərdən o qədər də məmnun olmadığı deyilirdi. Bir çoxları onun bu ayrılığa münasibəti ilə maraqlanırlar.













Mənbə
ANS PRESS