"Keşlə"dən ayrılan Sezar Meza Kolli karyerasını Rumıniyada davam etdirəcək.

Milli.Az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi bu ölkənin "Universitatya" klubuna transfer olub. 27 yaşlı futbolçu yeni komandası ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Meza Kolli ölkəmizdə "Zirə" və "Keşlə"də çıxış edib. O, ötən mövsüm "Keşlə" ilə Azərbaycan Kubokunun qalibi olub.

Milli.Az