"Səbail"in kapitanı Eltun Yaqublu Almaniyada əməliyyat olunacaq.
Milli.Az xəbər verir ki, bu haqda Sport24.az-a məlumat verən komandanın baş məşqçisi Aftandil Hacıyev cinah müdafiəçisinin ötən gün həmin ölkəyə səfər etdiyini bildirib.
Yaqublu təxminən 3-4 ay yaşıl meydanlardan kənarda qalacaq: "Bizi ən narahat edən məqam Eltunun uzun müddətə sıradan çıxmasıdı. Əməliyyat olunmaq üçün Almaniyaya yola düşdü. Yaqublu ən azı 3-4 ay meydanlarda görünməyəcək".
Gənc mütəxəssis kapitanın Türkiyə toplanışında zədə alıdğını söyləyib: "Həmin hazırlıq prosesində keçirdiyimiz ilk yoxlama oyununda zədələndi. Heç bir toxunuş olmadı, sadəcə, zədələndi. Arxa əzələlərində cırıq var və bu üzdən əməliyyat olunması vacibdi".
Qeyd edək ki, azərbaycanlı futbolçular - Ruslan Abışov, Orxan Əliyev və Ehtiram Şahverdiyev bir müddət öncə Almaniyada əməliyyat olunublar.
Milli.Az