Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün başa çatır.
Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
Bu gün axşam saat 23:59-dək abituriyentlər ixtisas seçimi edə bilər. Bu saata olan məlumata görə Azərbaycan bölməsi – 11444, rus bölməsi – 227 olmaqla ümumilikdə 11671 abituriyent ixtisas seçimi edib.
Müsabiqəyə qeyd olunan müddət ərzində ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.