Futbol üzrə Rusiya Premyer Liqasında 2-ci turun oyunları keçirilib.
Milli.Az komanda.az-a istinadən xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi "Rostov" da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə Moskva ÇSKA-sı ilə qarşılaşıb. Quliyevin komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Ayaz bu görüşün iştirakçısı olmayıb. O, matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
"Rostov" geridə qalan iki turdan sonra 6 xalla "Zenit"lə birgə zirvəyə şərikdi.
Milli.Az