İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı davam edir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ötən gün 74 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz İsmayıl Abdullayev Gürcüstan və Yunanıstan idmançılarını üstələsə də, yarımfinalda Bolqarıstan təmsilçisi ilə gərgin keçən görüşü 2:2 hesablı bərabərliklə məğlub başa vurub.

Bu gün isə güləşçimiz bürünc medal uğrunda erməni idmançı Hrayr Alixanyanla qarşılaşıb və 10:5 hesabı ilə qalib gələrək, bürünc medala sahib olub.

Qeyd edək ki, bu gün 61 kq-da mübarizə aparan güləşçimiz İntiqam Vəlizadə qızıl medal uğrunda erməni idmançı Vazgen Tevanyana 2:5 hesabı ilə məğlub olub. 92 kq çəkidə güləşçimiz Asxab Həmzətov isə qızıl medal uğrunda rusiyalı güləşçi Əzəmət Zakuyevlə qarşılaşacaq.

Milli.Az