Bu gün İngiltərə superkuboku uğrunda oyun keçirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Londonun "Uembli" stadionunda son çempion "Mançester Siti" ölkə kubokunun qalibi "Çelsi" ilə qarşılaşıb. Matç "Mançester Siti"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Çelsi" - "Mançester Siti" - 0:2
Qollar: Serxio Aquero, 13, 58

Qeyd edək ki, bu, Maurisio Sarrinin "Çelsi"nin yeni baş məşqçisi kimi ilk rəsmi oyunu olub.

Milli.Az