Sabah UEFA Çempionlar Liqası və Avropa Liqası 2018-2019 mövsümü Pley-off mərhələsinin püşkatması keçiriləcək.

Publika.az xəbər verir ki, mərasim İsveçrənin Nyon şəhərində UEFA-nın qərargah binasında, Bakı vaxtı ilə saat 14:00-da baş tutacaq.

“Çempionlar Yolu” və “Liqalar Yolu” şəklində iki yerə ayrılan Çempionlar Liqası püşkatmasında liqa yolunda yer alan cütlüklər müəyyənləşib. Bu proses Rusiya və Ukrayna komandalarının siyasi gərginliklər səbəbindən bir-biriləri ilə oynamaması qaydasına görə həyata keçib. Qaydalara görə, pley-offda 3-cü mərhələdə Benfika-Fənərbaxça cütlüyünün qalibi PAOK-Spartak Moskva cütünün qalibi ilə qarşılaşacaq. Slaviya Praqa-Dinamo Kiyev cütünün qalibi ilə isə Standart Liq-Ayaks cütünnü qalibi üzləşəcək.

Çempionlar Liqası pley-off turunun ilk matçları 21-22 avqust, revanşlar isə 28-29 avqustda baş tutacaq.

UEFA Avropa Liqasının cütlükləri isə 15:30-da bəlli olacaq. Bu liqanın pley-off turunun ilk qarşılaşmaları 23, revanşlar 30 avqustda baş tutacaq.

Zümrüd