Çempionlar Liqasında növbəti yarımfinalçının kimliyinə aydınlıq gəlib.

Metbuat.az-ın xəbərinə görə, bu, "Bavariya"dı. Alman klubu ilk görüşdə "Porto"ya 1:3 hesabı ilə məğlub olmuşdu. Pep Qvardiolanın yetirmələri yarımfinala vəsiqə qazanmaq üçün qapılarında qol görməmək şərti ilə minimum iki top fərqi ilə qələbə qazanmalı idilər.

"Bavariya" ilk baxışdan çətin görünən tapşırığı asanlıqla yerinə yetirib. Bavyera təmsilçisi mərhələnin taleyini artıq ilk hissədə həll edib. 90 dəqiqənin sonunda isə tablo 6 və 1 rəqəmlərini yanaşı göstərirdi.

"Bavariya" - "Porto" - 6:1

Qollar: Alkantara, 14, Boatenq, 22, Levandovski, 27; 40, Müller, 36, Alonso, 88 - C. Martines, 73

Qarşılaşmanın icmalını təqdim edirik.