Moskvanın baş diplomatı Sergey Lavrovun dili ilə
Paşinyan hökumətinə sərt reaksiyasından sonra Ermənistanda
Rusiyanın Qarabağ planını işə salacağına dair qorxular yaranıb.
Publika.az xəbər verir ki, Ermənistan mediası Rusiyanın
Ermənistanı cəzalandırmaq üçün Dağlıq Qarabağda İrəvanın
məğlubiyyəti ilə başa çatacaq müharibə başlada biləcəyini iddia
edir.
Erməni siyasi şərhçi Aram Amatuni yazır ki, Rusiya Koçaryanın həbsi
və “1 mart” işinə görə Ermənistanı cəzalandıracaq.
“Çoxları hesab edir ki, Moskva Qarabağda müharibəni başladacaq.
Qarabağda istənilən formada məğlubiyyət Paşinyan hökumətinin
daxildəki dayaqlarını sarsıdacaq”, - deyə o bildirib.
Ekspertlər hesab edirlər ki, Qarabağda müharibənin başlanması və
Paşinyanın məğlub olmasında taxtdan salınmış “Qarabağ klanı” da
maraqlıdır. Ehtimallara görə, Azərbaycanın işğal olunmuş
torpaqlarında “Qarabağ klanı”nın qalıqları olan qondarma rejim
cəbhədə təxribatlarla müharibəni alovlandıra bilər.
Asif