Azərbaycanın yaraşıqlı aparıcılarından olan Fariz İlyasov yeni layihə ilə tamaşaçıları sevindirəcək.
Publika.az xəbər verir ki, bu barədə F.İlyasov özü məlumat verib. O bildirib ki, yaxın vaxtlarda sürpriz layihə ilə televiziya ekranlarına geri dönəcək.
Aparıcılıqla yanaşı müğənni, aktyor və model kimi fəaliyyət göstərən ulduz layihənin detalları haqqında danışmaq istəmədiyini, lakin yayım tarixini böyük həyəcanla gözlədiyini söyləyib.
Qeyd edək ki, Fariz İlyasov bir ilə yaxındır ki, efirdən uzaq qalmışdı.