Braziliyanın "Palmeyras" klubu "Milan"ın müdafiəçisini transfer edib.
Milli.Az Komanda.az-a istinadən xəbər verir ki, Braziliya təmsilçisi İtaliya klubunun paraqvaylı müdafiəçisi Qustavo Qomesi heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı xəbər verib.
"Milan" Qomesi 2016-cı ildə Argentinanın "Lanus" klubundan transfer etmişdi.
25 yaşlı futbolçu ilə Türkiyənin "Fənərbaxça" və "Beşiktaş" klubları da yaxından maraqlanırdı.
"Milan" bir müddət əvvəl "Yuventus"un argentinalı hücumçusu Qonsalo İquaynla italiyalı müdafiəçi Mattia Kaldaranı heyətinə qatıb. Leonardo Bonuççi isə "Yuventus"a transfer olunub.
Milli.Az