“Report”un xəbərinə görə, bu barədə idarə rəisi keçirdiyi mətbuat konfransında məlumat verib.
O bildirib ki, rüb ərzində məhkəməyə göndərilmiş cinayət işləri üzrə vurulmuş 18 556 668 manat məbləğində ziyanın 5 894 138 manatı və ya 31,7%-nın ödətdirilməsi təmin edilib, cinayət işləri üzrə 104 432 manat dəyərində əmlak üzərində həbs qoyulmaqla cinayət-prosesual qanunvericiliyinin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Hesabat dövrü ərzində ibtidai istintaqı aparılmış cinayət işləri üzrə 9 təqdimat verlib.
2015-ci ilin birinci rübü ərzində Baş İdarənin Əməliyyat idarəsi tərəfindən 14 şəxs barəsində 12 cinayət işi başlanıb. Bunlardan 9 iş keçirilmiş əməliyyat tədbirləri nəticəsində, 2 iş vətəndaşların ərizələri əsasında, 1 iş isə Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş materiallar əsasında başlanıb.
Hesabat dövrü ərzində 13 şəxs barəsində axtarış elan edilib, 2 nəfər tutularaq istintaqa təhvil verilib, 21 şəxs isə beynəlxalq axtarışa verilib.