Kanal S (Region TV) xəbər verir ki, ötən gün axşam saat 18 radələrində Şəki ərazisində yol qəza hadisəsi baş verib. Qəza nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə Şəki-Qax yolunda, Şəkinin İncə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Şəki sakini Müslümov Ramin Əlixan oğlu idarə etdiyi 10-NC-677 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobillə şəhər istiqamətində hərəkətdə olarkən, əks istiqamətdən gələn, Həsənov Alı Yusif oğlunun idarə etdiyi 20-BP-941 dövlət nömrə nişanlı "VAZ 2102" markalı avtomobillə toqquşub. Qəza nəticəsində "VAZ-2102"nin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxs hadisə yerinə cəlb olunmuş həkim briqadasının köməkliyi ilə dərhal Şəki RMX-yə çatdırılıb.

Xoşbəxtlikdən, qəza zamanı digər avtomobilin sürücüsü heç bir xəsarət almayıb. Lakin hadisə zamanı hər iki avtomobilə xeyli ziyan dəyib. Qəzanın dəqiq olaraq hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Milli.Az