Müğənni Elvin Abdullayev İnstaqram hesabında yeni foto paylaşıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, şəkildə ifaçının özü ilə yanaşı oğulları Səid və Tuncay da yer alıb. O, fotonu paylaşaraq bu sözləri yazıb:
"Yer üzündə uşaq qığıltısından təntənəli himn yoxdur. Allah bütün balaları qorusun".
Qeyd edək ki, Elvin Afət adlı xanımla evlidir.
Milli.Az