Komissiya sədri "Sovetski"dəki azkvadratlı mənzillərə ödəniləcək vəsaitlə bağlı məsələyə aydınlıq gətirib
O qeyd edib ki, Yasamal rayonu ərazisində yerləşən "Sovetski" məhəlləsinin sökülməsi böyük həcmli işdir: "Çünki bu ərazidən 10 500-ə yaxın ev köçürüləcək. 2013-cü ilin dekabrın 12-də ölkə başçısının imzaladığı sərəncamda sonra, 2014-cü ildən Yasamal rayon İcra Hakimiyyəti Maliyyə Nazirliyi ilə birlikdə işin icrasına başlayıb. Köçürülmə prosesinin 6 mərhələdə həyata keçirilməsi nəzərdə tutulub. Mərhələlər üzrə həm invertarlaşdırma, həm ölçü işlərinin aparılması, həm də qiymətləndirmə sənədlərinin hazırlanması işləri görülür. Yalnız bundan sonra köçürülmə prosesi baş tutur".
Köçürmə Komissiyasının sədri deyib ki, bu günə qədər 8 200-ə yaxın yaşayış və qeyri-yaşayış sahəsində ölçmə işləri aparılıb: "Onlardan 2 340 təsərrüfat sahibi ilə razılaşma protokolu imzalanıb və 2 314 yaşayış və qeyri-yaşayış sahəsi sökülüb".
S.İslamov "Sovetski" məhəlləsinin hasarlanması məsələsinə də aydınlıq gətirib. O bildirib ki, N. Nərimanov prospekti şəhərin mərkəzi küçələrindən biridir: "Bu gün Bakının hər yerində abadlıq işləri aparılır. Mətbuat prospektindən tutmuş Salamzadə küçəsi və kənar dairəvi yollara qədər abadlıq işləri görülür. Köçürülmə prosesi də könüllü şəkildə aparılır. Düzdür, həmin evlərin arasında az kvadratlı evlərdə yaşayanlar hələlik şərtlərlə razılaşmır. Biz də onları məcbur etmirik. Həmin ərazidə onlarla mənzil var ki, həm mülkiyyətçilərlə orada yaşayanlar, həm də ailə üzvləri arasında illərdir məhkəmə çəkişməsi gedir, bu problem hələ də həllini tapmayıb. Ona görə də istəsək də onları köçürə bilmirik. Hasarlama işinə gəldikdə isə, Yasamal Rayon İcra Hakimiyyəti şəhərin bugünkü görkəminə uyğun olaraq, oradakı əhalinin təhlükəsizliyi təmin etmək üçün həmin hasarlardan istifadə edir".
O qeyd edib ki, evlərin köçürülməsi ilə bağlı ayrılan vəsaitin hər manatının öz təyinatı var: "Köçürülmə üçün ayrılan vəsait başqa heç bir iş üçün xərclənə bilməz. Yasamal rayon İcra Hakimiyyətinin 2015-ci il üçün abadlıq və yenidənqurma işləri ilə bağlı tədbirlər planı var. Həmin plana uyğun olaraq hasarlama işləri aparılıb. Odur ki, "Sovetski"nin köçürülməsi üçün ayrılan vəsaitin hasarlanma işlərinə xərclənməsi haqda deyilənlər həqiqət deyil".
Az kvadratlı evlərlə bağlı mərhələli şəkildə işlərin aparıldığını deyən S. Islamov əlavə edib ki, bu məsələ hər zaman gündəmdədir və müəyyən təkliflər var: "Orada yaşayan insanların istək və arzularının nəzərə alınması üçün variantlar axtarılır. Ən əsası isə köçürülmə işləri könüllü aparılır. Heç kimi deyə bilməz ki, kimsə gəlib qapımı döyüb məni məcburi evimdən çıxarıb. Bu günə qədər ərazidən köçürülən insanlara verilən vəsaitin həcmi ilə bağlı bizdə məlumat yoxdur. Çünki alqı-satqı işi ayrı- ayrılıqda aparılır. Hər bir mülkiyyətçinin adına ayrı sənəd hazırlanır. Həmin sənədin içərisində mənzilin şəkilləri və layihəsi var. Komissiyanın bütün üzvləri də həmin sənədləri imzalayır. Vətəndaş tam razı olduqdan sonra notariusda müstəqil şəkildə alqı-satqı edərək, mülkiyyətini dövlətə satır. Bizim üzərimizə düşən iş sərəncam verildiyi gündən sonra həmin ərazidə vətəndaşların hər hansı bir tikinti işləri aparmasına imkan verməməkdir. Evlərin sənədli və ya sənədsiz olmasından asılı olmayaraq hər kvadratmetrə 1500 manat pul ödənilir. Nəzərdə tutulan məbləğin artılırılması ilə əlaqədar heç bir təklif yoxdur".
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10