Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, qəza şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb. “Mercedes” və “VAZ 2107” markalı nəqliyyat vasitələri toqquşub. Nəticədə “Mercedes”də olan sərnişin, 24 yaşlı Elmin Məmmədov və “VAZ 2107”də olan eyni yaşlı sərnişin Cəfər Məmmədov yaralanıblar. Yaralılar Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Milli.Az