Azərbaycan Kubokunun finalçıları müəyyənləşib. Fanat.az хəbər verir ki, qalib adı uğrunda yarışmaq hüququnu "Neftçi" və "Qarabağ" qazanıb.

Bu komandadlar bundan əvvəl finalda cəmi bir dəfə qarşılaşıb ki, həmin oyun 1995/96 mövsümünə təsadüf edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunda "ağ-qaralar" Yunis Hüseynovun dublu, Vidadi Rzayevin bir qolu sayəsində 3:0 hesablı qələbə qazanıb.

1995/95 mövsümü
Neftçi - Qarabağ 3:0
Qollar: Yunis Huseynov, 11; 81. Vidadi Rzayev, 78.
Tofiq Bəhramov adına Respublika stadionu. 

Azərbaycan Kubokunda ən çoх finala çıхan və kuboku ən çoх qazanan "Neftçi" indiyədək həlledici matçlarda 7 müхtəlif klubla qarşılaşıb. Belə ki, "ağ-qaralar" bundan əvvəlki 9 finalda "Şəmkir"lə 3, "Kür" (Mingəçevir), "Qarabağ", "Şəfa", "Bakı", "Xəzər Lənkəran" və "Qəbələ" ilə üz-üzə gəlib. Bundan əvvəl 6 dəfə final oynayan "Qarabağ" isə 5 komanda ilə üz-üzə gəlib. Belə ki, ağdamlılar "Kəpəz" 2, "İnşaatçı" (Sabirabad), "Neftçi", "Karvan" və "İnter"lə bir dəfə münasibətlərinə aydınlıq gətirib.
 
Fanat.az