Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən Qusar bölgəsinin mətbəxindən buğlamanın hazırlanma qaydasını təqdim edir

Tərkibi: 


4 kq ət
1 kq soğan
7 pomidor
7 bibər
500 q yağ
1 st. su
kəklikotu
duz
istiot

Əti iri parçalara doğrayın. Qazana yığıb üzərinə doğranmış soğan, bibər, pomidor, kəklikotu, duz, istiot və cəfəri əlavə edin. Ən son isə suyunu töküb, qapağını örtüb vam odun üzərində ağzını açmadan 45 dəqiqə bişirin.

Nuş olsun! 

Milli.Az