Yəməndə hərbi əməliyyatların başa çatması barədə elan verildikdən dərhal sonra dünya bazarlarında neftin qiyməti düşməyə başlayıb.

ANS PRESS-in məlumatına görə, hazırda dünya bazarlarında Brent markalı neftin bir barrelinin qiyməti 62,21 dollara, WTI markalı neftin bir barreli isə 56,68 dollaradır.

Qeyd edək ki, bir neçə saat bundan əvvəl Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb ölkələrinin hərbi koalisiyasının Yəmənə qarşı başladığı hərbi hava əməliyyatları başa çatıb.

Bu barədə Səudiyyə Ərəbistanın dövlət televiziyası xəbər yayıb. Xəbərdə deyilir ki, "qərarlılıq fırtınası" adlanan əməliyyatda koalisiyya istədiyi hərbi nəticəni əldə edib. Yeni hədəflərə çatmaq üçün "Ümidin yenidən başlanması" adlı hərbi əməliyyatlara start veriləcək.
Mənbə
ANS PRESS