OnePlus One smartfonu bir il əvvəl satışa çıxarılıb, amma indiyədək yalnız OnePlus şirkətinin dəvəti ilə sözügedən qurğunu satın almaq mümkün idi.
Smartfonun açıq satışını elan edən OnePlus şirkətinin nümayəndəsi bildirib ki, bir il ərzində 1 milyondan çox smartfon satılıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, OnePlus şirkəti Çinin Oppo elektronika istehsalçısının keçmiş prezidenti Pi Lau tərəfindən təsis edilib. Lau xarakteristikasına görə aparıcı istehsalçıların smartfonundan geri qalmayan, amma münasib qiymətə satılacaq smartfon buraxılışını planlayıb. Beləcə OnePlus One smartfonu yaradılıb: şirkət öz saytında qurğunu "qabaqcıl smartfonların qatili" adlandırır.
OnePlus One smartfonu 1920x1080 piksel təsvir ölçülü 5,5 düymlük ekran, 2.5 QHs takt tezlikli dördnüvəli Qualcomm Snapdragon 801 prosessoru və Adreno 330 videosürətləndiricisi, 3 QB əməli yaddaş, 4K formatında video çəkilişi dəstəkləyən 13 meqapiksellik əsas kamera, 5 meqapiksellik ön kamera və 3100 milliamper/saat tutumlu batareya ilə təchiz edilib.
Milli.Az