[ 21 Aprel 2015 21:25 ]
Gürcüstan. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan regional inkişaf və infrastruktur naziri istefa verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə nazirliyin məlumatında bildirilir. Məlumatda qeyd olunub ki, nazir David Şavliaşvili baş nazirə istefa ərizəsini təqdim edib. Məlumatda David Şavliaşvilinin bu qərarının onun səhhətindəki problemlərlə bağlı olduğu bildirilir.