M.Perincek: Çar Rusiyası məhkəməsi ermənilərin törətdiyi vəhşilikləri sübut edib
Bakı, 21 aprel, AZƏRTAC
Çar Rusiyası məhkəməsi ermənilərin törətdiyi vəhşilikləri sübut edib. Ermənilərin Türkiyənin türk və kürd kəndlərində törətdiyi vəhşiliklərlə əlaqədar məhkəmə qərarları olub. Bu qərarlarda da ermənilərin cinayətlərinin müharibə ilə bağlı deyil, bir irqə və dinə qarşı qəsdən törədildiyi öz əksini tapıb.
AZƏRTAC İnterajans portalına istinadla xəbər verir ki, bu fikirləri türkiyəli tədqiqatçı Mehmet Perinçek Hollandiyada təşkil olunan “Erməni və rus sənədləri ilə 1915 hadisələri” adlı konfransda çıxış edərkən deyib.
Tədqiqatçı bildirib ki, çar Rusiyasının Qafqaz ordusu komandiri Bolxovitinov 1915-ci il 11 dekabrda, yəni “Ermənilərin köçürülməsi ilə bağlı qanun” qəbul edildikdən sonra bölgədəki vəziyyətlə bağlı rus hərbi qurumları üçün hazırladığı 93 səhifəlik hesabatda erməni quldur dəstələrinin törətdikləri vəhşiliklərdən bəhs edir. “Bu hesabatda bölgədəki müsəlman əhalini sistemli şəkildə məhv etmək üçün ermənilərin hazırladıqları planlar yer alır. Bolxovitinov ermənilərə qarşı qətliamlar haqqında da özünə məlumatlar gəldiyini, buna görə kəndlərə müfəttişlər göndərdiyini, amma nəticədə bu iddiaların tamamilə əsassız olduğunu açıq şəkildə qeyd edir”, - deyə o vurğulayıb.
M.Perinçek Birinci Dünya müharibəsi zamanı düşmənlə əlbir olan erməni quldurlarının arxa cəbhədə təxribatlar törətməsinə əngəl olmaq üçün çıxarılan “Köçürülmə qanunu”nun soyqırım adlandırmağın mümkün olmadığını ifadə edib.
Tədqiqatçı bildirib ki, ermənilər Birinci Dünya müharibəsi zamanı Osmanlıya qarşı çar Rusiyası, İkinci Dünya müharibəsi zamanı isə Sovet İttifaqına qarşı Almaniya ilə əlbir olublar: “Bu hadisələri soyqırım adlandıran Qərb ölkələri Osmanlı torpaqlarında yaşayan ermənilərin aşağı həyat standartlarını səbəb kimi göstərirlər. Bunlar tamamilə əsassız fikirlərdir. Çünki Osmanlı ənənəsində müsəlman olmayan əhaliyə heç vaxt fərqli şəkildə davranılmayıb”.
M.Perinçek Avropa Parlamentinin qərarını və Roma Papasının açıqlamasını tarixi həqiqətlərdən uzaq siyasi bir qərar adlandırıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51