Bakı, 21 aprel, AZƏRTAC
Yəməndə silahlı münaqişə nəticəsində martın 19-dan aprelin 17-dək 994 nəfər həlak olub, 3487 nəfər isə yaralanıb. Bu barədə oktyabrın 20-də Dünya Səhiyyə Təşkilatının rəsmi nümayəndəsi məlumat verib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, nümayəndənin dediyinə görə, bu faktlar Yəmənin səhiyyə müəssisələrindən alınıb. Buraya həlak olanların və yaralıların heç də hamısı daxil deyil. Xüsusən xəstəxanalara müraciət etməyib evdə müalicə olunanlar, həmçinin qohumları tərəfindən səhiyyə təşkilatlarına məlumat verilməyən ölmüş şəxslər nəzərə alınmayıb. Yaralanan və həlak olan şəxslərin real sayı isə bundan xeyli çoxdur.
Nümayəndə qeyd edib ki, ölən və yaralananlara dair statistikaya həm mülki şəxslər, həm də hərbi qulluqçular daxildir.