Mübariz Qurbanlı Təyyar Altıkulacı qəbul edib
ANS PRESS-in komitənin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı Təyyar Altıkulac Azərbaycana bağlılığından danışaraq, ölkəmizə etdiyi səfərləri, Heydər Əliyevlə görüşlərini xüsusi qeyd edib. Qonaq bildirib ki, Azərbaycan hər zaman öz tolerantlığı, milli-mənəvi dəyərlərə bağlılığı ilə seçilib. Azərbaycanın iqtisadi inkişafından, ölkəmizdə dini etiqad azadlığının təmin olunmasından, dövlətin dinə qayğısından, ölkəmizdəki dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edən Təyyar Altıkulac Azərbaycanın uğurlarına hər zaman sevindiyini bildirib.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Təyyar Altıkulacı salamlayaraq onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. O qeyd edib ki, Təyyar Altıkulac Türkiyə Dəyanət İşləri başqanı olduğu dönəmdən Azərbaycanla din sahəsində münasibətlər yüksək səviyyədə qurulub. Onun iki ölkə arasında din səhəsində əlaqələrin inkişaf etdirilməsində böyük xidmətləri var. Mübariz Qurbanlı yaxın tarixdə Türkiyəyə rəsmi səfərindən, orada keçirdiyi səmərəli görüşlərdən danışaraq bildirib ki, bu səfər iki ölkə arasında din sahəsində əlaqələrin daha da genişlənməsi və təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət kəsb edir.
Görüş zamanı İslam dininin, müsəlman ölkələrinin indiki durumu, bütün dünyada yaşanan islamafobiya prosesləri, İslam dini altında radikal cərəyanların yayılması və İslamı nüfuzdan salmaq cəhdləri barədə geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, İslam dinin əsl mahiyyətini, onun terror dini deyil, sülh və barış dini olduğunu bütün dünya ictimaiyyətinə çatdırmaq vacibdir. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10