Alınmadı.
Tam əksinə, qaradərililər arasında irqçilik və düşmənçilik belə, fəlakət həddinə çatıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Cənubi Afrika Respublikasında hazırda "gəlmələr" adlanan miqrantlara və mühacirlərə qarşı repressiyalar, hücumlar artır.
Onlar söyülür, döylülür, öldürürlər.
Belə qurbanlardan biri idə Emmanuel Sithol olub.
Mozambik vətəndaşı olan Sithol CAR-ın Yohannesburq şəhərində fəhlə işləyirdi.
Dünən Yohannesburq yaxınlığındakı Aleksandra şəhərində ona hücum ediblər.
Sitholu döyüblər, sonra bıçaqlayıblar, axırda da dəmir açarla başından vuraraq qətlə yetiriblər.
"Vurmayın! Rəhm edin! Yazığam!" - qışqırmasına rəğmən Sitholu küçədə öldürüblər.
Emmanuel Sitholun həyatının son anlarının fotolarını təqdim edirik.
Bu fotoları "South Africa's Sunday Times" qəzetinin reportyoru çəkib. O, srağagün Aleksandradakı dükanlardan birində baş vermiş oğurluqla bağlı fotoreportaj hazırlamaq üçün yollandığı küçədə Sitholun qətlə yetirilməsinin şahidi olub.
Milli.Az










