Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yeni dövlət informasiya sisteminin ilkin variantının təqdimatı keçirilib
İnformasiya sisteminin ilkin variantının təqdimatı və müzakirəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilib.
Tədbirdə komitə sədrinin müavinləri Gəray Fərhadov və Fuad Hüseynov, komitənin aidiyyatı şöbə və sektor rəhbərləri, komitə üzrə təyin olunmuş layihə koordinatoru Mahir Dadaşov, həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov və digər mütəxəssislər iştirak ediblər.
G.Fərhadov bildirib ki, müasirləşən və qloballaşan dünyada internetdən, informasiya texnologiyalarından, sosial şəbəkələrdən, onlayn mediadan, elektron hökumətdən, elektron xidmətlərdən istifadə bütün dünya ölkələrinin ictimai-siyasi və iqtisadi həyatının formalaşmasında mühüm önəm daşıyır.
Bu baxımdan komitədə müəyyən işlər görüldüyünü diqqətə çatdıraraq o qeyd edib ki, dövlət büdcəsindən aylıq yemək xərci alan məcburi köçkünlərin əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunmuş adlı siyahılarının dəqiqləşdirilməsində, bu sahəyə nəzarətin gücləndirilməsində, baş verə biləcək neqativ halların vaxtında üzə çıxarılmasında və dərhal qarşısının alınmasında, xüsusilə bu sahədə şəffaflığın təmin olunmasında, vətəndaşlara xidmətlərin daha operativ və şəffaf olaraq elektron xidmətlər vasitəsilə göstərilməsi məqsədilə müasir tələblərə cavab verən bu informasiya sisteminin olduqca böyük əhəmiyyəti var:
“Bu informasiya sistemi güzəşt tətbiq edilən məcburi köçkünlərin siyahısını, onların yerdəyişməsini, müvafiq qaydalara uyğun yeni məcburi köçkünlərin həmin siyahılara daxil edilməsini, digər qurumlardan olan göndərişləri və bu kimi, ümumi hesabatları özündə cəmləşdirir və “Elektron hökumət” portalına inteqrasiya edilmişdir. Bundan sonra qeyd olunan sahə üzrə daha tez və operativ məlumatlar əldə edilməsində, məcburi köçkünlərin adlı siyahılarının araşdırılmasında və dəqiqləşdirilməsində müxtəlif statistik məlumatların hazırlanmasında sistemin imkanlarından tam istifadə etmək mümkündür”.
Daha sonra RYTN Məlumat Hesablama Mərkəzinin direktor müavini Nazim Mədətov informasiya sisteminin ilkin variantını təqdim edib və sistemin tərtibatı, imkanları, istifadə qaydaları və orada yerləşdirilən bölmələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və müxtəlif sualları cavablandırıb.
Bildirilib ki, görülmüş işlərin nəticəsində, həmçinin informasiya sisteminin yaradılmasına dövlət büdcəsindən ayrılacaq vəsaitə qənaət olunub.
Qeyd edək ki, layihənin hazırlanması, istismara verilməsi və texniki dəstəyi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müraciəti əsasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən ödənişsiz əsaslarla həyata keçirilib və davam etdirilir.
Həqiqət İSABALAYEVA
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10